"Nadiri güllələyən mən deyiləm" - Xan Bakinski
“Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir, yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm”.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri “Lotu Quli”nin qətlində şübhəli bilinən Xaqan Zeynalov (Xan Bakinski) məhkəmədəki çıxışında bildirib.
Antalyada qətlə yetirilən “Lotu Quli” ləqəbli mafiya lideri Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xatırladaq ki, Nadir Səlifov yaxın adamlarından biri, Xaqan Zeynalov tərəfindən başından tapança ilə güllələnərək qətlə yetirilib.
Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə maşın ilə oteldən qaçıb. Hadisə yerinə gələn təcili yardım qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifovu həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Şübhəli şəxslər Xaqan Zeynalov və Əmir Həmidli saxlanılıb.
Avtomobilə baxış zamanı şübhəlilərlə birlikdə tapança və bıçaq götürülüb. Saxlanılan şübhəlilərdən Xaqan Zeynalov xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Bir müddət öncə Xaqan Zeynalovun həbsxanada öldürüldüyü xəbərləri yayılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir