Ən varlı insanlar bu ölkədə yaşayır

Dünyanın 2158 milyarderinin ümumi sərvətinin məbləği açıqanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrənin “UBS” bankının və “PwC” beynəlxalq xidmətlər şəbəkəsinin birgə hesabatında qeyd edilir.
Məlumata görə, ötən il 2158 milyarderin ümumi sərvəti 8,9 trilyon ABŞ dollarına bərabər olub. 2017-ci ildə Asiya qitəsindəki milyarderlərin sayı 25 faiz artıb. İndi onların ümumi sayı 637 nəfərdir. Nəticədə ilk dəfə Asiya milyarderlərinin sayı ABŞ-ı ötüb. Bu ölkədə milyarderlərin sayı 563 nəfərdir. Amma ABŞ-da yaşayan milyarderlər sərvətlərinin ümumi məbləğinə görə ilk sıradadırlar. Bir sözlə ən varlı insanlar ABŞ-da yaşayır.
Hesabata əsasən, keçən il Çində 55 nəfərin, ABŞ-da isə 53 nəfərin varidatı artıb və onlar milyarderlər siyahısına daxil olublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!