Nəsimi rayonunda mağazadan 73 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb
Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.
Minval.info xəbər verir ki, zərərçəkən mağaza sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını oradan 2146 manat pul və dəyəri 22887 manat olan 73 ədəd müxtəlif modelli mobil telefonun oğurlandığını bildirib.
Məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.İdarə və Şöbə əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili saxlanılıb.
Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.Onun oğurladığı telefonlar yaşadığı evdə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 22 ci polis şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. İ.Delili barəsində cinayət işi başlanılıb,istintaq tədbirləri davam etdirilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir


