“Nə olubsa, ikisinin arasında olub” – Elçilikdən sonra öldürülən qız və anasının qohumu DANIŞDI – VİDEO – FOTO
Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisə baş verib.
Minval.İnfo xəbər verir ki, Silahlı şəxs Qılman Salahov küçəsi 13 ünvanında üzünə qapını açan 58 yaşlı Esmira Cəfərovanı və qızı 17 yaşlı Aytən Cəfərovanı güllələyib və evi tərk edib.
Güllə səsinə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, qətli törədən 19 yaşlı Sabir Qədirovun ailəsi hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Həri mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu vaya çevirib.
Mərhumun qohumu: “Nə olubsa ikisinin arasında olub. Bu gün hərisi verilib deyəsən. Sonra da götürüb tüfəngi güllələyib”.
Güllələnmə baş verən ünvanda polis və prokurorluq əməkdaşları olublar. Hadisəni törətməkdə şübhəli bilinən Sabir Qədirov keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
https://www.youtube.com/watch?v=zfeE-M0IZHY&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tbilisi-Bakı qatarı 24 yaşlı kişini öldürdü
İrandan PUA ilə narkotik keçirməyə cəhd ifşa edildi
Anar Məmmədliyə 13 il həbs cəzası verildi
Bakıda qızını bıçaqlayan qadına şərti cəza
Balakəndə narkotik əməliyyatı: 169 çətənə kolu tapıldı
İsgəndərin itmiş məzarı: Sirli tarixdən izlər
Zərgərlik işçisi 3 kq qızıl oğurladı: Həbs edildi