"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kuboku keçirildi (FOTOLAR)
3 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Kubokunun 2018-ci il mövsümünün finalı keçirilib.
“Park İnn” otelində təşkil olunan finalda seçim turlarından uğurla keçmiş ölkənin 16 ən güclü komandası mübarizə aparıb. Bu il Kubok Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilib.
Uzun sürən mübarizədən sonra “Vendetta” komandası artıq ardarda 3-cü dəfə Azərbaycan Kubokunun qalibi olub. “Revolver” komandası ikinci, “Prestij” komandası isə üçüncü yerə sahib çıxıb.
Yarış çərçivəsində “Dream Team” komandası gərgin keçən mübarizədə “Avanqard” komandasını qabaqlayaraq “Kiçik kubok”un qalibi olub. Region təmsilçiləri arasında keçirilən yarışmadan isə Şabran təmsilçisi “Maqnat” komandası “Regionlar Kuboku”nun qalibi kimi ayrılıb.
Sonda qaliblər hədiyyə, diplom və kuboklarla təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir






