Müsəlman ölkəsində xristian ayini: on minlərlə insan toplaşdı - FOTO
Birləşmiş Ərəb Əmirliyi hökuməti Roma Papası Fransiskin Abu-Dabinin mərkəzində keçirdiyi messada (xristian ayini – red.) 180 minə yaxın insanın iştirak etdiyini açıqlayıb.
Bu barədə The Washington Post nəşri məlumat yayıb.
Vatikan hökumətinin sözçüsü Alessandro Cisotti Zayid Sports City stadionunda keçirilən ayin üçün 135 min biletin paylandığını bildirsə də, “üstü açıq” papamobildə gələn pontifiki görmək üçün minlərlə insanın stadion ətrafında toplaşdığını söyləyib. İzdiham Roma Papasının gəlişini “Yaşasın Papa!”, “Biz sizi sevirik” şüarları ilə qarşılayıb.
Təşkilatçıların dediyinə görə, 100 ölkədən olan xristianlarla yanaşı, messada müsəlmanlar da yer alıb. Roma Papası messanı italyan dilində aparıb, dedikləri altyazılar şəklində ərəb və ingilis dillərinə tərcümə olunub.
Bu, Roma Papası Fransiskin İslamın beşiyi olan Ərəbistan yarımadasına ilk səfəri sayılır. Kütləvi ayindən sonra pontifiki aeroportda şəxsən vəliəhd şahzadə şeyx Məhəmməd bin Zəyid Əl Nəhyan, yerli hökumət nümayəndələri və dini xadimlər yola salıb.
Qeyd edək ki, doqquz milyon əhalisi olan Birləşmiş Ərəb Əmirliyində bir milyona yaxın katolik yaşayır.
oxu.az

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ