05.10.2026 - 19:34
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Məhkəmə qərarı açıqlandı
Kriminal 1 baxış

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Məhkəmə qərarı açıqlandı

Müdafiə Nazirliyində 143 milyon manatın mənimsənilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Təqsirləndirilən şəxslər arasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə yer alır.

Minval.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib. Beləliklə, Bakı Hərbi Məhkəməsinin əvvəlki hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

Ümumi ziyanın məbləği 143 milyon manat təşkil edir. İstintaq dövründə bu ziyanın təxminən 40 milyon manatı geri qaytarılıb. Həmçinin təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi qərara alınıb.

Hazırda ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslərin işlərinə ayrıca icraatlarda baxılır. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb və təqsirləndirilənlər Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham olunurlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: