Biləsuvarda toy mübahisəsi faciə ilə bitdi
Biləsuvar rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb. Hadisə rayonun Nərimankənd kəndində yaşanıb.
Minval.info xəbər verir ki, 2000-ci il təvəllüdlü Milan Soltanlı ilə 2004-cü il təvəllüdlü İlkin Mehtiyev arasında toy mərasimində mübahisə baş verib. Mübahisə daha sonra kənddə davam edərək, faciəvi nəticələnib.
İlkin Mehtiyev mübahisə zamanı Milan Soltanlını bıçaqlayıb. Ağır yaralanan Milan Soltanlı xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.
Hadisənin iştirakçıları olan şəxslərin xalaoğlu olduğu bildirilir. İlkin Mehtiyev qətli törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının Xətai rayonunda 18 yaşlı gənc qətlə yetirildi
Azərbaycanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat uğurla nəticələnib
Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü
Füzulidə ata qızına təcavüz etdi: dəhşətli cinayət faktı ortaya çıxdı
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
Bakıda market və avtomobildən oğurluq edənlər ələ keçdi
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən "tiktoker" həbs edildi