05.10.2026 - 19:48
Bakıda yeni tikili mənzillərin qiymətləri yüksəldi: ən çox artım Səbaildə
İqtisadiyyat 3 baxış

Bakıda yeni tikili mənzillərin qiymətləri yüksəldi: ən çox artım Səbaildə

Bakı şəhərində yeni tikili mənzillərin qiymətində sentyabr ayı ərzində nəzərəçarpacaq artım baş verib. İllik qiymət artımı 14,3 % təşkil edib.

Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, bu artımın ən yüksək səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada qiymət artımı 22 % təşkil edib. Yasamal və Xətai rayonlarında isə müvafiq olaraq 20,6 % və 19 % artım müşahidə olunub.

Sentyabr ayında Nəsimi və Nərimanov rayonlarındakı qiymətlər 17,8 %, Nizami rayonunda 16,4 %, Binəqədi rayonunda isə 15 % yüksəlib. Digər rayonlarda isə qiymət artımı daha mülayim səviyyədə olub. Suraxanı, Sabunçu, Pirallahı, Xəzər və Qaradağ rayonlarında müvafiq olaraq 9,8 %, 10 %, 7,5 %, 6,1 % və 5 % bahalaşma qeydə alınıb.

AQC-nin təhlilində qeyd olunur ki, bu qiymət artımına yeni layihələrin coğrafi mövqeyi, tikinti keyfiyyəti, infrastruktur imkanlarına yaxınlıq, eləcə də müasir mənzillərə artan tələbat təsir göstərib.

Avqust ayı ilə müqayisədə sentyabrda yeni tikili mənzillərin qiymətləri 1,4 % artıb. Səbail rayonu aylıq artımda da lider olaraq 2,15 %-lik bahalaşma ilə önə çıxıb. Yasamal, Nəsimi və Nərimanov rayonlarında da qiymətlər müvafiq olaraq 2,01 %, 1,74 % artıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: