Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda təşkil edilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimi”ndə iştirak edib. Təlim, Azərbaycan və Pakistan arasında imzalanmış “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu”na əsasən həyata keçirilib.
Minval.info xəbər verir ki, Kəraçi şəhərində baş tutan bu təlimdə xüsusi təyinatlılar, terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması və girovların xilas edilməsi kimi mürəkkəb tapşırıqları icra ediblər. Həmçinin dalğıc fəaliyyəti üzrə də müxtəlif tapşırıqlara qatılıblar.
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında təcrübə mübadiləsi, standart əməliyyat qaydalarının öyrənilməsi və real döyüş şəraiti üçün hazırlıqların aparılması olub. Bu tədbirlər, həmçinin antiterror əməliyyatları zamanı hər iki ölkənin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin uzlaşdırılmasını təmin etmək məqsədini daşıyıb.
Azərbaycan HDQ-nin hərbi qulluqçuları, pakistanlı həmkarları ilə birlikdə təlimin bütün mərhələlərində yüksək peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
Azərbaycanın yeni PUA-ları: "BARS" və "Qartal" təqdim olundu
Amil Mustafayevin döyüş yolunda qazanılan qəhrəmanlıq nümunələri