05.10.2026 - 10:00
Füzulidə ata qızına təcavüz etdi: dəhşətli cinayət faktı ortaya çıxdı
Kriminal 3 baxış

Füzulidə ata qızına təcavüz etdi: dəhşətli cinayət faktı ortaya çıxdı

Füzuli rayonunda dəhşətli bir cinayət hadisəsi baş verib. Ata öz doğma qızına qarşı insanlığa sığmayan bir davranış göstərərək ona təcavüz edib.

Minval.info xəbər verir ki, hadisə rayon sakini Vasif Ağayevin (ad və soyad dəyişdirilib) ailəsində baş verib. Vasif 2008-ci ildə ailə qurub və üç övlad sahibidir. Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib, bu səbəbdən həyat yoldaşı ona qulluq etmək üçün Bakıya göndərilib.

Vasif bu müddət ərzində rayon ərazisindəki kafelərdə dostları ilə vaxt keçirib, evə sərxoş vəziyyətdə qayıdıb. Bir gün evə qayıdarkən qızının telefonla başqa bir oğlanla danışdığını görüb və telefonu əlindən alıb. Məlum olub ki, qızı rayonda yaşayan bir oğlanla yazışır. Qızı atasından bu barədə heç kimə məlumat verməməyi xahiş edib və ata razılaşıb.

Lakin ertəsi gün Vasif qızının otağına girərək ona təcavüz edib. Qız müqavimət göstərsə də, ata onu döyərək qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edib. Bu dəhşətli münasibət bir il davam edib. Bir ildən sonra qız öz sevgilisinə başına gələnləri danışıb və onun şikayəti əsasında polis əməliyyat keçirərək Vasif Ağayevi saxlayıb.

Saxlanılan şəxs öz cinayətini etiraf edib və faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Vasif Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: