Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
Nəsimi rayonunda bir şəxs vətəndaşların etibarını sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Minval.info xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində M.Ələkbərzadə adlı şəxs saxlanılıb. O, müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil alması, digər təhsil müəssisələrinə transfer olunması və bu kimi məsələlərin həllində köməklik edəcəyini vəd edib.
Araşdırmalar zamanı məlum olub ki, o, bu məqsədlə bir vətəndaşdan 9000, digərindən isə 3000 manat alıb, lakin verdiyi vədlərə əməl etməyib.
Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir və hüquq-mühafizə orqanları tərəfindən əlavə tədbirlər görülməkdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda market və avtomobildən oğurluq edənlər ələ keçdi
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən "tiktoker" həbs edildi
Cinayətkar çimərlikdə silah və sursat basdırıb
Nizami rayonunda gözəllik salonu və marketlərdən oğurluq hadisəsi
Rəqqas Nicat Azadlı xanımına qarşı zorakılıq tətbiq etdi
Cinayət yolu ilə əldə olunan vəsaitlər necə idarə olunur
Abşeronda su xətti mübahisəsi bıçaqlanma ilə nəticələndi