Arda Gülər 100 milyon avroluq ilk türk futbolçu oldu
İspaniyanın məşhur “Real Madrid” klubunun yarımmüdafiəçisi Arda Gülər, Türk futbol tarixində yeni bir səhifə açıb. Gənc oyunçu, transfer dəyəri 100 milyon avroya çataraq bu rəqəmə yüksələn ilk türk futbolçu adını qazanıb.
Minval.info xəbər verir ki, 21 yaşlı Arda Gülərin əvvəlki bazar qiyməti 90 milyon avro idi. Bu artış onun oyun qabiliyyəti və meydandakı performansı ilə əlaqələndirilir.
Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 7 matçda meydana çıxıb. Bu müddət ərzində o, 4 qolun vurulmasında birbaşa iştirak edərək komandasına əhəmiyyətli töhfələr verib.
Onun bu uğuru, gənc oyunçular üçün böyük bir motivasiya mənbəyi olarkən, Türk futbolunun da beynəlxalq səviyyədə tanınmasına töhfə verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb
Lionel Messi Argentina ilə vida matçına çıxacaq
Ronaldo peşəkarlığı ilə hamını təəccübləndirir
Üçqat olimpiya çempionu İivo Niskanen dəri xərçəngi ilə mübarizə aparır
Merve Özbey səhnədə uğursuz an yaşadı: qolu sındı
Ayxan Abbasov: Litva ilə matçda futbolçularımız gözləntiləri üstələdi