05.10.2026 - 15:17
Azərbaycanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat uğurla nəticələnib
Kriminal 3 baxış

Azərbaycanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat uğurla nəticələnib

Azərbaycana narkotik vasitələrin qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Minval.info xəbər verir ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sentyabrın 30-da keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 6 kiloqram 205 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Oktyabrın 2-də isə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin – 150 həbi aşkarlanıb.

Bu əməliyyatlar nəticəsində narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: