05.10.2026 - 18:59
143 milyon manatlıq mənimsəmə işi: generalın apellyasiyası rədd edildi
Kriminal 4 baxış

143 milyon manatlıq mənimsəmə işi: generalın apellyasiyası rədd edildi

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digər yüksək rütbəli hərbçilərin mənimsəmə ittihamı üzrə apellyasiya məhkəməsi keçirilib. Generalın və digər təqsirləndirilən şəxslərin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində müzakirə olunub.

Minval.info xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə qərar elan edilib və apellyasiya şikayəti təmin olunmayıb. Bununla da, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nizami Məmmədovun vəkilləri onun cəzasının yüngülləşdirilməsi üçün müraciət etmişdilər. Vəkillər, həmçinin, dövlətə dəymiş ziyanın bir hissəsinin ödənildiyini bildirmişdilər.

Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslərin əmlakları dövlətə dəymiş ziyanın ödənilməsi üçün müsadirə olunub.

Cinayət işində ümumilikdə 143 milyon manatlıq ziyan vurulduğu bildirilir. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə törətmək maddəsi ilə ittiham irəli sürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: