FHN su hövzələrində yeni xilasetmə məntəqələri tikəcək
Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti üçün yeni məntəqələrin inşasına start verir. Bu məntəqələr Mingəçevir, Xaçmaz, Nabran, Niyazoba və Şimal dalğıc-axtarış qrupu üçün nəzərdə tutulub.
Minval.info xəbər verir ki, bu layihənin həyata keçirilməsi üçün FHN-in Əsaslı Tikinti İdarəsi tərəfindən 800 003 manat məbləğində vəsait ayrılıb. Bu vəsaitin xilasetmə məntəqələrinin tikintisinə sərf olunması planlaşdırılır.
Layihənin əsas məqsədi FHN-in sularda xilasetmə fəaliyyəti imkanlarını genişləndirməkdir. Yeni məntəqələr su hövzələrində baş verə biləcək qəzalara daha sürətli və effektiv müdaxilə üçün şərait yaradacaq.
Bu məntəqələrin fəaliyyəti xilasedicilərin hadisə yerlərinə daha tez çatmasını və xilasetmə işlərinin daha çevik təşkilini təmin edəcək. Eyni zamanda, texnika və avadanlıqların əlçatanlığı artırılacaq, bu da xilasetmə işlərinin effektivliyini yüksəldəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq