Müdafiə Nazirliyi: "Qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır"
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.
Nazirlikdən bildirilib ki, qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır:
“Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür. Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub.
Rəsmi olaraq bildirilir ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir