Müəllimlərin işə qəbulu: 2 058 namizəd növbəti mərhələyə keçdi, sizin adınız siyahıda varmı?
Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb. Namizədlərin şəxsi səhifələrinə göndərilən nəticələrə əsasən, 2 058 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Minval.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) avqustun 8-10-da keçirilən vakansiya seçimi mərhələsinin nəticələrini açıqlayıb. Bu mərhələ, faktiki yaşayış rayonlarına uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrini əhatə edib.
MÜTDA-dan bildirilib ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər, müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Ümumi vakansiya seçimi mərhələsi isə avqustun 12-dən 15-dək davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?