20.09.2022 - 10:46
Gündəm
24 baxış
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.
“Minval.info”nun Trend-ə istinadla məlumatına görə, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.
Məktəbin direktoru müəllimlər üçün yaratdığı vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39