Müəllimlər üçün vakansiya seçimi: 8 şansınızı necə dəyərləndirəcəksiniz?
Avqustun 12-də saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə əsasında ümumi vakansiya seçimi mərhələsinə start veriləcək.
Minval.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən verilən məlumata görə, namizədlər elektron ərizə formaları vasitəsilə maksimum 8 vakant yer seçə biləcəklər. Namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi onların göstərdiyi ardıcıllığa əsasən həyata keçiriləcək.
Qeyd olunub ki, əgər namizəd seçdiyi vakant yerdən imtina edərsə, o zaman müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcək. Ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-da sona çatacaq. Bundan əlavə, 8 avqust tarixindən etibarən faktiki yaşayış rayonuna uyğun həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-da tamamlanıb.
ƏLAQƏLİ
Buğa, şir və oxatan bürcləri üçün uğur dolu günlər: Hansı yeniliklər gözlənilir?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tailandda məktəb faciəsi: Atışmada həyatını itirənlərin sayı artdı