MTN-in “Maqa” ləqəbli zabiti azadlıqda

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xuliqanlıqda təqsirləndirilən zabiti azadlığa buraxılıb.
Minval.İnfo xəbər verir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib.
A.Məmmədovun sözlərinə görə, təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin qərarı ilə bəraət alıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə məhkəmə qərarı elan olunub. Məhkəmə təqsirləndirilən şəxsin günahsız olduğunu üzə çıxarıb və onun azadlığa buraxılması barədə qərar qəbul edib.
Bundan başqa, məhkəmə işi araşdıran müstəntiq Ceyhun Mahmudovun əməlində qanunsuzluğa yol verildiyi qənaətinə gəlib və onun barəsində xüsusi qərardad qəbul edib.
Xatırladaq ki, ləğv edilmiş MTN-in baş əməliyyat müvəkkili, kapitan, “Maqa” ləqəbli Məmmədov Məhəmməd Mehman oğlu Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Essyenin Azərbaycanda qazanacağı məbləğ müəyyənləşdi
Şəmkir RİH-nin başçısı kartof yığımında iştirak edib - FOTOLAR
Sabaha olan hava proqnozu açıqlandı
Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur - Fotolar
Bakıda yeddinci sinif şagirdi niyə məktəbə qoyulmur? - SƏBƏB
Sabahın hava proqnozu