03.06.2021 - 12:43
Dünya
22 baxış
Moskvaya iş üçün gedənlərə şad xəbər: Prosedur sadələşdiriləcək
Rusiyanın paytaxtı Moskvanın rəhbərliyi əmək miqrantları üçün icazələrin alınmasını sadələşdirəcək, çünki onların Rusiyaya girişindəki mövcud məhdudiyyətlər həddən artıqdır və paytaxtda kəskin işçi çatışmazlığı var.“Vestnik Kavkaza” xəbər verir ki, bunu Moskva merinin müavini Vladimir Yefimov deyib.
“Hesab edirik ki, əmək miqrantlarının ölkəyə girişinə qoyulan, hələ qüvvədə olan məhdudiyyətlər mövcud vəziyyətdə həddindən artıqdır. Bütün bunlar əmək mühacirlərinin əmək dəyərinin bu gün 30 % artmasına səbəb olub və işçi qüvvəsi çatışmazlığı davam edir. Ümid edirik ki, bu mexanizmlər də yaxın gələcəkdə sadələşdiriləcək”, – deyə o bildirib.
Yefimov əlavə edib ki, federal səviyyədə fəaliyyət göstərən icazə proseduru çox mürəkkəbdir – bunu bütün işəgötürənlər və ilk növbədə inşaatçılar deyirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31