Moskvada erməni “avtoritet”i qızları doğrayaraq, öldürüb - FOTO
Moskvada cinayətkar aləmdə tanınan 57 yaşlı erməni etnik qrupunun nümyəndəsi Mixail Xaçaturyan qızları Angelina, Kristina və Mariya xaçaturyanlar tərəfindən doğranaraq, qətlə yetirilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi yayıb.
Bildirilib ki, yaşayış binasının girişində boğazı və döş qəfəsində çoxsaylı deşilmiş-kəsilmiş yaralar olan kişi meyiti aşkarlanıb. Növbəti gün onun 17, 18 və 19 yaşlı qızları şübhəli şəxs qismində tutulublar.
Qızları ataları tərəfindən daim psxoloji işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Axtarış zamanı Mixail Xaçaturyanın yaşadığı evdən çoxlu sayda silah-sursat, narkotik maddə aşkarlanıb. Mixail Xaçaturyan heç yerdə işləməyib. Qonşular deyib ki, “xilas etdiyi” naməlum adam hər ay ona 200 min rubl (3 min dollar) pul gətirirmiş.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdərədə 21 yaşlı gənc minaya düşdü
Yaşıllıqlara ziyan: 43 min manatlıq itki!
Azərbaycanlı dənizçilərin həbs müddəti uzadıldı
Giorgi Baramidze dövlətə xəyanət ittihamı ilə saxlanıldı
Heyvan sövdələşməsi Şəmkirdə davaya səbəb oldu
Heyvanlara işgəncə verənlərə ağır cərimələr!
Gül bağçasında dəhşət: Ərini basdıran qadın 12 il cəza aldı