Moldovanın dövlət başçısı Prezident İlham Əliyevə təşəkkür edib
“Sizə qaz böhranı keçirdiyimiz müddətdə bizə dəstək olduğunuza görə minnətdarlığımı bildirmək istəyirəm. Biz potensial həlləri araşdıra bilərdik”.
Minval.info xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Sonda biz qısamüddətli həll yolunu tapdıq. Lakin biz enerji sektorunda əməkdaşlığımızı müzakirə etmək istəyirik. Əlbəttə ki, biz biznes baxımından əməkdaşlığımızın dərinləşdirilməsi, fikir mübadiləsinin aparılması üçün imkanları araşdırmaqda həmişə maraqlıyıq. Biz Moldovada biznes mühitinin yaxşılaşdırılmasında çox maraqlıyıq. Biz insanlarımız üçün daha çox iş yerləri yaratmaq istəyirik. Biz xaric investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi yeni bazarların tədqiqində maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək”, – o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar