MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, jurnalist Camal Kaşıkçı Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmmədin əmri ilə qətlə yetirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Washington Post” nəşri yazır.
MKİ-nin bəyanatı Səudiyyə Ərəbistanının Baş Prokurorluğunun apardığı istintaqın nəticələrinə ziddir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bildirir ki, şahzadə Məhəmməd ölkədə baş verən hər şeyə nəzarət edir.
“MKİ-nin mövqeyi ondan ibarətdir ki, jurnalistin qətli şahzadənin xəbəri və ya birbaşa iştirakı olmadan baş verməzdi”, – deyə nəşrin mənbəsi bildirib.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin mətbuat katibi MKİ-nin ittihamlarını əsassız adlandırıb.
Xatırladaq ki, “The Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçıdan oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna səfərindən sonra xəbər yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!