Misirdə Fironlar Məbədində dini ayin alətləri tapıldı - Fotolar

Misirin paytaxtı Qahirənin şimalında yerləşən Kəfr Əl-Şeyx ərazisindəki Fironlar Məbədində dini ayin zamanı istifadə edilən alətlər tapılıb.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Misirin Qədim Abidələr üzrə Ali Şurasının mətbuata açıqlamasında bildirilib.
Arxeoloqların məbədin ətrafında apardıqları qazıntılar zamanı Qədim Misirin Hasor ilahəsinə, Horus tanrısına ibadət zamanı kahinlərin istifadə etdikləri gil qablar, kiçik heykəllər, kürsü, təmiz qızıldan düzəldilmiş Udcat gözləri (tanrı Horusun gözləri) və digər qiymətli əşyalar aşkar edilib.
Arxeoloqlar bildiriblər ki, məbədin divarlarının qalıqları altından fil sümüyü ilə bəzədilmiş qadın zinət əşyaları, həmçinin üzərində heroqliflər, təbiət mənzərələri və heyvan rəsmləri olan lövhələr tapılıb.
Bu tapıntılar da ayinlər zamanı istifadə olunub. Heroqliflərdə fironların 26-cı sülaləsinin hökmdarları I Psamtik, II Ahmos və Vaha Ip-Ranın adları yazılıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü