Misirdə cinsi azlığın nümayəndəsindən müsahibə götürən jurnalist həbs olundu
Misirli televiziya aparıcısı Məhəmməl Əl Geyti dayandığı yerdə işə düşüb. Onu cinsi azlığın nümayəndəsi ilə müsahibəyə görə həbs ediblər. Giza şəhər məhkəməsi onunla bağlı qərar çıxarıb. Əl Geyti qarşıdakı bir ilini həbsxanada keçirəcək.
Müsahibə keçən ilin avqustunda müstəqil LTC TV telekanalının “Oyan” şousunda yayımlanıb. Qeyri-ənənəvi cinsi oriyentasiyasını etiraf edən qonaq bu sahənin adamı olaraq yaşamasından, həyatda üzləşdiyi çətinliklərdən danışıb.
Əl Geytini qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğində ittiham edirlər. Guya jurnalist bu müsahibədə maddi maraq güdürmüş.
Birillik həbslə də iş bitməyəcək. Əl Geyti həbsdən sonra daha bir il polis nəzarəti altında yaşayacaq. Üstəlik, jurnalist 3000 Misir funtu (təxminən 168 dollar) cərimə olunub. Aparıcının apellyasiya şikayəti vermək hüququ var.
Telekanal da zərər görüb. LTC TV-yə iki həftə efirə çıxmaq qadağan olunub. Telekanal peşəkar qaydaları pozmaqda günahlandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kaşıkçının öldürüldüyü konsulluq binası satıldı
İraqda zəvvarlar minaya düşüblər, ölən və yaralananlar var
Ərdoğan: "Fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm"
İstanbulda maska taxmayanlar 900 lirə cərimələnəcək
Qazaxıstanda internet bərpa olundu
ABŞ bütün diplomatlarını İraqdan çıxarır
Bu ölkədə tibb maskası taxmayanalar cərimə ediləcəklər
