29.10.2026 - 17:44
Siyəzəndə məktəbli motosiklet qəzasında həyatını itirdi
Hadisə 160 baxış

Siyəzəndə məktəbli motosiklet qəzasında həyatını itirdi

Siyəzən rayonunda faciəvi hadisə baş verib. 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.

Məlumata görə, kənd məktəbinin şagirdi Oqtay Kərimov idarə etdiyi motosikletlə yaşayış evinə çırpılıb. Ağır xəsarətlər alan gənc hadisə yerində həyatını itirib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilir ki, hadisə dərs saatlarından kənarda baş verib.

Hazırda Siyəzən Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: