29.10.2026 - 17:14
Rusiyanın Ukraynada dəmiryolu stansiyasına hücumu: 13 ölü, 10 yaralı
Dünya 132 baxış

Rusiyanın Ukraynada dəmiryolu stansiyasına hücumu: 13 ölü, 10 yaralı

Rusiyanın Ukraynaya hücumları davam edir. Rus ordusu Dnipro şəhərində yerləşən dəmiryolu stansiyasına hücum edib. Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında, “Ruslar, bir şəhərətrafı qatar və tarifəli sərnişin qatarının dayandığı platformaya pilotsuz hava aparatı ilə hücum etdilər. Təəssüf ki, bu hücum nəticəsində 13 nəfər həyatını itirdi. Ailələrinə və yaxınlarına başsağlığı diləyirəm. 10 nəfər isə yaralanıb. Lazımi bütün təcili yardım xidmətləri hadisə yerində çalışır,” ifadələrini işlədib.

Minval.info xəbər verir ki, ABŞ-ın Rusiyaya qarşı bəzi sanksiyaları qaldırmasına bir daha etiraz edən Zelenski, “Bəzi Rusiya oliqarxlarına və Rusiya enerji sektoruna tətbiq olunan sanksiyalar qaldırıldıqdan sonra Rusiya gərginliyi azaltmaq əvəzinə xalqımıza qarşı neçə terror hücumu həyata keçirdi? Məhz bu səbəbdən Ukrayna, Rusiyanın eskalasiyasına qarşı ABŞ və Avropadan ədalətli və qətiyyətli bir tədbir tələb edir,” deyə vurğulayıb.

Zelenski əlavə edib ki, “Rusiyanın bu müharibəni davam etdirdiyi müddətdə Moskvaya və onun müharibə maşınına qarşı sanksiyalar yumşaldılmamalıdır. AB, ABŞ və G7 ölkələri tərəfindən yeni və daha güclü sanksiya addımlarının atılmasının zamanı gəlib.”

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: