“Min bir gecə”də azərbaycanlını bıçaqlayan rus zabitə hökm oxundu

Rusiyanın Yekaterinburq şəhər hərbi məhkəməsi zabit Bekxan Quçikovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Musavat.com yerli KİV-lərə istinadən məlumat verir ki, rus zabiti Azərbaycan vətəndaşı Ramiz Qənbərovu bıçaqlamaqda ittiham olunub.
Məlumata görə, hadisə şəhərdəki “Min bir gecə” restoranında baş verib. Quçikovun sərxoş halda səs-küy saldığını görən Qənbərov onu sakit olmağa dəvət edib. Rus zabit isə özündən çıxaraq əlindəki bıçaqla Qənbərova hücum edib. Nəticədə sinəsindən, boynudan və sifətindən 12 bıçaq yarası alan Qənbərov ağır yaralı halda xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Quçikov isə hadisədən dərhal sonra Permə qaçsa da, polis onu həbs edə bilib.(Musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tbilisi-Bakı qatarı 24 yaşlı kişini öldürdü
İrandan PUA ilə narkotik keçirməyə cəhd ifşa edildi
Anar Məmmədliyə 13 il həbs cəzası verildi
Bakıda qızını bıçaqlayan qadına şərti cəza
Balakəndə narkotik əməliyyatı: 169 çətənə kolu tapıldı
İsgəndərin itmiş məzarı: Sirli tarixdən izlər
Zərgərlik işçisi 3 kq qızıl oğurladı: Həbs edildi