"Millət vəkilləri gəldiyi üçün "Qoç ət"də qazilərə çay vermədilər"
Şuşadakı “Qoç ət” restoranında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilməsi ilə bağlı məlumat yayılıb.
“Minval.info” xəbər verir ki, bu haqda sosial şəbəkədə jurnalist Vəfa Şəhlayi status paylaşıb. O bildirib ki, restoranın Şuşada olan filialının əməkdaşları hərbiçilərə xidmət göstərməkdən imtina edib. Buna səbəb kimi isə millət vəkillərinin orada olması göstərilib:
“Şuşadakı “Qoç ət”, səviyyəsizliyin bu qədəri olmaz… Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər yaxşı, gətirərik. Sonra ofisiant getdi, adminstratorla məsləhətləşdi gəldi ki, indi sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblər, millət vəkilləri var, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı. Gedib dedim ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir, yuxarıda adamlar var, samovarda su qurtarıb…”.
V. Şəhlayi həmçinin əlavə edib ki, restoranda yalnız xüsusi endirim kartı olan hərbçilərə endirim edilir.
Xatırladaq ki, ötən il də sosial şəbəkədə “Qoç ət”in Şuşa filialında nahar edən hərbçilərimizə 700 manat məbləğində hesab gəlməsi ilə bağlı xəbər yayılmışdı. İddia edilirdi ki, bu səbəbdən restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. Restoranlar şəbəkəsindən isə sözügedən məlumatı təkzib edərək böhtan və təxribat adlandırmışdılar.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XƏBƏRDARLIQ! Bu çimərliklərə getməyin! - SİYAHI
Azərbaycanda nişan məclisində kütləvi zəhərlənmə olub
Binəqədidə musiqi üstündə oğlanı döyüb öldürdülər — TƏFƏRRÜAT
Bir evi bir neçə nəfərə satan şirkət rəhbəri HƏBS EDİLDİ
Kasıb ailələrin ərzaq payını mənimsəyən vəzifəli şəxs tutuldu - RƏSMİ