Millət vəkili: “Lazım olmayan yerlərə radar qoyub, təhlükə yaradırıq”
“Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, bu fikri millət vəkili Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır:
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu, sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaradır. Yəni nəticə etibarilə təhlükəsizlik əvəzinə, təhlükəli vəziyyət yaradırıq. Ona görə də yaxşı olardı ki, bu sahədə yeni qanunlar, yeni dəyişikliklər təhlükəsizliyə xidmət etsin”.
Qeyd edək ki, sözügedən qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarixi və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var