Meyiti tapılan dördüncü şəxsin də kimliyi bilindi - Məktəblidir...
Ötən gün Bakının Nərimanov rayonunda meyitləri tapılan 4 nəfərin hamısının kimliyi məlum olub.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dünəndən bəri kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu üzə çıxıb.
Qeyd edək ki, K.Salayev məktəbli imiş.
Xatırladaq ki, ötən gün Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılmış, onlardan üçünün kimliyi – 19 yaşlı Kamran Allahverdiyev, onun dostu Kənan Nəzərov və 1991-ci il təvəllüdlü Pərvin Səfərlinin kimliyi dünən müəyyən olunmuşdu. Kamran Allahverdiyev Sumqayıt sakinidir. O və dostu Kənan Nəzərovun 5 gündür ki, itkin düşmüşdü. Pərvin Səfərli isə həmin evdə kirayədə qalırmış. Onun yaxınlıqdakı bazarda işlədiyi bildirilir.
İlkin ehtimallara görə, onların ölümünə səbəb dəm qazından boğulmalarıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir