Meydançaya daxil olan azarkeş "Beşiktaş"ın futbolçularına hücum edib - FOTO
“Ankaragücü” – “Beşiktaş” matçının sonunda meydana daxil olan azarkeş “Beşiktaş”ın futbolçuları Salih Uçan və Cenk Tosunu təpiklə vurub.
BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edərək hücumu həyata keçirən tərəfdarı çölə çıxarıblar.
Salih Uçana təpik atan tərəfdara müdaxilə edən Josef de Souzaya qırmızı vərəqə göstərilib.
Hadisə ilə bağlı İstanbul təmsilçisi tvitter hesabında “Futbolçularımıza edilənlər qəbuledilməzdir. Proseslərin gedişini nəzərdə saxlayırıq!” – deyə bildirilib.
“Ankaragücü”nün prezidenti Faruk Koca baş verənlərə görə İstanbul təmsilçisindən üzr istəyib.
Təpik zərbəsinə məruz qalan Cenk Tosun “Oyunu keçdim, ya qalib olursan, ya da məğlub. Ancaq matçdan sonra baş verənlər qəbuledilməzdir. Çox sayda polis və təhlükəsizlik var. Necə olur ki, azarkeşlər bizim yanımıza qədər gəlib zərbə ilə hücum edirlər?” – deyə qeyd edib.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasının V tur oyununda “Ankaragücü”nü 3:2 hesabı ilə məğlub edib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kadırov Salahla görüşdü, ona hədiyyə verdi
UEFA Avropa çempionatının yeni formatını təxirə saldı
PSJ 93-cü dəqiqədə vurduğu qolla "Napoli"yə məğlubiyyətdən qaçıb - NƏTİCƏLƏR
"Neftçi"nin futbolçusu ölkəsində axtarışa verildi
Lyuk olayına rəsmi reaksiya: "Belə hallar yarışı maraqlı edir"
Rəcəbov mükafatlandırmaya niyə qatılmayıb? - açıqlama
“Qarabağ”da ciddi itki