28.04.2018 - 12:09
Kriminal
20 baxış
Metroda sərnişinlərə qənim kəsilən qadın ələ keçdi

Aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Qurbanova “Koroğlu” stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək “isti izlər”lə saxlayıblar.
Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl metronun “N.Nərimanov” stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100 manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib.
Saxlanılan şəxsin digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
31.10.2026 - 12:24
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
31.10.2026 - 10:14
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
30.10.2026 - 16:24
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30.10.2026 - 12:24
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
30.10.2026 - 12:14
Bakıda supermarketdə 100 minlik fırıldaq
29.10.2026 - 15:04
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
29.10.2026 - 13:44
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
28.10.2026 - 15:54