Messi İtaliyada oynaya bilər
İtaliyanın “İnter” klubu argentinalı Lionel Messini transfer edə bilər.
Oxu.Az xəbər verir ki, Kriştianu Ronaldunun “Yuventus”a transferindən sonra Milan klubu İtaliyada rəqabətə davam gətirmək üçün argentinalı ulduzu heyətinə qatmaq istəyir.
Klubun 0.37 faiz səhmlərinə malik olan “Pirelli” şirkətinin baş direktoru Tronketti Provera da Messinin transferini istədiklərini bildirib:
“Messi kimi futbolçuya necə yox deyəsən?! Ümid edirəm ki, “Saninq Qrup” (“İnter”in 68,55 faiz səhmlərinə malik Çin şirkəti) bu yüksək transferi həyata keçirə biləcək”.
Qeyd edək ki, Lionel Messinin İspaniyanın “Barselona” klubundan ayrılması üçün qarşı tərəf 700 milyon avrosundan keçməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir