Messencerdə çoxdan gözlənilən YENİLİK

Növbəti “Feysbuk Messencer” versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək.
Minval.İnfo “ICTnews”a istinadən xəbər verir ki, noyabrın 7-də buraxılan sonuncu “Feysbuk Messencer 191.0” versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.
Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq:
“İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq”.
Proqram yenilənməsinin nə vaxt ediləcəyi barədə dəqiq məlumat açıqlanmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!