01.09.2021 - 17:13
Dünya 1 baxış

Merkeli tərifləmək istədi, səhvən Putindən sitat gətirdi

Roma Papası Fransisk Əfqanıstandakı vəziyyətdən danışarkən səhvən Rusiya Prezidenti Vladimir Putindən sitat gətirib.

“Minval.info” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Roma Papasının ispan radiosuna müsahibəsi zamanı baş verib. Belə ki, Fransisk Əfqanıstandan danışarkən Almaniya Kansleri Angela Merkelin sözlərinin ona çox toxunduğunu qeyd edib. Lakin əslində sözügedən sitatı Vladimir Putin deyib.

“O, belə dedi və ümid edirəm ki, tərcüməsi düzdür: Kənardan məsuliyyətsiz müdaxilə siyasətinə və xalqın ənənələrini görməzdən gələrək digər ölkələrdə demokratiya qurmağa son qoymaq lazımdır. Hər kəs bunu özü bildiyi şəkildə anlaya bilər, lakin mən bu qadının sözlərində müdriklik görürəm”, – deyə Roma Papası vurğulayıb.

Əslində isə bu cümlələri Angela Merkel ilə görüşündə Vladimir Putin səsləndirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: