Merkel Ərdoğanın şərəfinə veriləcək ziyafətə qatılmır
Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlinə səfəri zamanı Ərdoğanın şərəfinə veriləcək rəsmi şam yeməyində iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri informasiya yayıb.
Almaniyanın Xarici İşlər naziri Hayko Maas da Ərdoğanın ziyarəti zamanı BMT Baş Assambleyası toplantıları səbəbindən Nyu Yorkda olacağından rəsmi ziyafətdə və ya Ərdoğanla işgüzar toplantılarda iştirak etməyəcək.
Ərdoğan Almaniyada ilk dəfə təntənəli hərbi mərasimlə qarşılanacaq, Berlin səfəri çərçivəsində Kölndə məscid açılışında iştirak edəcək.
“Almaniyanı baş nazir və prezident kimi ötən 15 ildə dəfələrlə ziyarət etmiş olsa da, Ərdoğanın ziyarəti yenə həftələrlə müzakirə olunub. Merkelin ziyafətə qalıtmamaq qərarının siyasi bir mesaj olduğunu söyləmək çətindir. Merkel keçmişdə də İngiltərə kraliçası II Yelizaveta və Qətər əmirinin şərəfinə verilən ziyafətlərə qatılmayıb”, – nəşr yazıb.
Qeyd edək ki, Ərdoğan 27-29 sentyabr tarixlərində Berlinə 3 günlük səfər edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!