Merkel ən böyük səhvini etiraf etdi, üzr istədi
Almaniya kansleri Angela Merkel miqrasiya siyasətində ən böyük səhvi buraxdığını etiraf edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 16-da Hemnits şəhərinə səfər edən kansler yerli sakinlərlə görüşdə bunu deyib.
Avqustun sonlarında yerli sakinin İraq və Suriya vətəndaşları tərəfindən bıçaqlanaraq qətlə yetirilməsini xatırlayan Merkel bunun ölkədə ciddi gərginliyə səbəb olduğunu etiraf edib.
“Hemnits şəhərində bütün ölkəni silkələyən dəhşətli cinayət baş vermişdi. Dünyanın bəzi ölkə və regionlarını yaşamaq üçün təhlükəsiz hesab etməməklə miqrant axını azaltmamışıq və buna görə hökumətin günahını etiraf edirəm”.
Merkelin səfəri şəhər sakinləri tərəfindən də ciddi etirazla qarşılanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tramp İrana “eksklüziv” qisas vəd etdi
Rusiyada baş nazirin müşaviri oteldə ölü tapıldı
Ərdoğan Avropaya şərt qoydu
Maykl Ceksonun albom satışı rekordu qırıldı
İranda zəlzələ olub
"İntim fotolarını mən göndər" - Əxlaqsız müəllimin məktəblidən istəyi
İraqda “səddamlı” etirazların arxasındakı gerçək