““Mercedes” sürürdü, dedim, yəqin pulu olar” - Taksi sürücüsünü bıçaqla hədələyib soydular
Paytaxtda quldurluq faktı qeydə alınıb.
Minval.info xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakininin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturaraq Qala qəsəbəsinə gedəcəklərini bildiriblər və qəsəbə ərazisində sürücünü bıçaqla hədələyiblər.
Sürücünün 35 manat pulunu, mobil telefonunu və avtomobilinin açarlarını alıb hadisə yerini tərk ediblər.
Xəzər rayon polis idarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıb. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarları olan çanta götürülüb.
Ümid Kərimov – Saxlanılan şəxs: “Taksi gəldi, “miqat”elədi. Saxlatdırdım, gördüm 45 yaşlı day-daydı. “Mercedes” sürürdü. Səliqəli maşın idi. Dedim, yəqin pulu olar”.
Elçin Teymurov – Saxlanılan şəxs: “Balaca bıçaq Ümiddə idi. Dedik nə pul var, ver”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi aparılıb, araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
