İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
Baku.ws-ın yazdığına görə, İranın dövlət televiziya və radio qurumunun (IRIB) “Sahar Azəri” kanalı Azərbaycanla bağlı saxta materiallar yayaraq qarayaxma kampaniyası aparıb.
Kanalın iddiasına görə, Türkiyənin Diyarbəkir şəhərində “azərbaycanlı hicablılara dəstək” məqsədilə aksiya keçirilib. Bu xəbərə uyğun video da təqdim edilib, lakin bu iddialar ifşa olunub və görüntülərin Azərbaycanla heç bir əlaqəsi olmadığı ortaya çıxıb.
Saxta xəbərin ifşası
Oktyabrın 11-də Diyarbəkirin Sur bölgəsində çəkilən kadrlar həqiqətən də var. Lakin bu görüntülər heç bir aksiyaya dair deyil. “Niyet ettim Tesettüre, Emrin başım üstüne” adlı tədbir, başını ilk dəfə bağlayan qızlar üçün təşkil olunmuş bir mərasimdir. Bu çərçivədə yürüş keçirilmiş və dini şüarlar səsləndirilmişdir.
Beləliklə, “Sahar Azəri” kanalının yaydığı məlumatların həqiqəti əks etdirmədiyi və saxta olduğu sübut olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək
Anadolu agentliyinin 30-cu müharibə müxbiri təlimini 25 jurnalist başa vurub