ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
“MTV Azərbaycan” telekanalına yeni icraçı direktor təyin edilib. Bu vəzifəyə Sevinc Tahirova layiq görülüb.
Minval.info xəbər verir ki, Sevinc Tahirova, sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. Onun yeni vəzifəsi ilə bağlı qərar müvafiq əmrlə verilib.
Sevinc Tahirova, “VMF Company” şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi çalışıb. Bundan əvvəl isə o, ölkənin aparıcı televiziya kanallarında peşəkar fəaliyyət göstərib.
2015–2016-cı illərdə ANS TV-də jurnalist kimi çalışan Tahirova, 2007–2010-cu illərdə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində də işləmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək
Anadolu agentliyinin 30-cu müharibə müxbiri təlimini 25 jurnalist başa vurub
Trampın qadağan etdiyi media qurumlarına Ağ Evdə yenidən maneə törədildi
ABŞ Ermənistanda media üçün 7,5 milyon dollar ayırıb