“Media və təhsil dialoqu” təlimi öz işinə başlayıb

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.
Təlimin ilk günü “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, “Tədrisdə məzmun yenilikləri”, “Yeni tədris ilinə hazırlıq”, “Təhsil nazirliyinin elektron xidmətləri”, “Portal.edu.az”, “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, “Müəllimlərin işə qəbulu müsabiqəsi” və “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzularında təqdimatlar olacaq.
Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Təlim işini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?