Masallıda ailə faciəsi: üç nəfər göldə boğuldu

Masallının Miyənkü kəndində göldə üç nəfər batıb.
Minval.İnfo APA-ya istinadla xəbər verir ki, onlardan biri qadın, ikisi isə azyaşlıdır.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar Miyənkü kənd sakini, 1981-ci ik təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və V. Kərimovanın qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanovdur.
Məlumata görə, V. Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V. Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda taksilərlə bağlı VACİB YENİLİK
Azərbaycanda əhali ilə bağlı yeni proqnozlar hazırlanır
Ölkə ərazisində hava şəraiti dəyişir - XƏBƏRDARLIQ
Azərbaycanda telekanal rebrendinq edəcək
Vilayət Eyvazovdan sərəncama götürülən rəisin yerinə TƏYİNAT
Bakı Şəhər Baş Polis İdarəsi dəhşətli statistika açıqladı