01.09.2026 - 14:29
Təhsil 32 baxış

Marsın cənubunda istilik şoku: 400 dərəcə fərq!

Aparılan son araşdırmalar Mars planetinin cənub yarımkürəsindəki dağlıq ərazilərin altında yerləşən mantiyanın, şimal bölgəsinə nisbətən 200-400 dərəcə daha isti olduğunu ortaya çıxarıb. Bu elmi sensasiya “Nature” jurnalında dərc edilib və Marsın dərinliklərində nəhəng istilik qeyri-bərabərliyinin (termal asimmetriya) olduğunu göstərir.

Minval.info xəbər verir ki, tədqiqatçılar bu nəticəyə Marsın orbitində fəaliyyət göstərən “Mars Global Surveyor”, “Mars Odyssey” və “Mars Reconnaissance Orbiter” aparatlarının topladığı məlumatlar əsasında gəliblər. Kosmik gəmilərin sürətindəki kiçik dəyişikliklər əsasında planetin cazibə sahəsinin dəqiq xəritəsi tərtib olunub.

Daha sonra “qabarma-çəkilmə tomoqrafiyası” üsulu ilə Marsın Günəşin cazibə qüvvəsinə verdiyi mövsümi reaksiyalar araşdırılıb. Analizlər göstərib ki, planet mantiyasının mexaniki bərkliyi şimal və cənub yarımkürələri arasında 20 faizdən çox fərqlənir. Cənubdakı süxurların daha yumşaq olması həmin zonanın xeyli isti olmasına işarə edir.

Kaliforniya Texnologiya İnstitutunun mütəxəssisləri hətta cənub mantiyasının bəzi hissələrinin yarımərimiş vəziyyətdə ola biləcəyini istisna etmirlər. Tədqiqata Arizona Universitetindən olan alim Aleksandr Bern rəhbərlik edib. Bu mühüm kəşf Marsın cənubunda müşahidə olunan güclü maqnit anomaliyalarını və NASA-nın “InSight” aparatının bölgədə qeydə aldığı qəribə seysmik aktivlikləri izah etməyə imkan verəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: