Mark zukerberqin i̇rlandiyadakı gizli qəsr alışı: 30 milyonluq sərvətə yeni əlavə
Facebook-un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan Mark Zukerberq, daşınmaz əmlak portfelinə yeni bir mülk əlavə edərək İrlandiyada qəsr alıb.
Minval.info xəbər verir ki, amerikalı milyarder və həyat yoldaşı Priskilla Çan, Voterford qraflığında yerləşən “Strancally” adlı qəsri əldə ediblər. Bu alış-veriş avqustun əvvəlində, açıq bazardan kənar və məxfi şəkildə baş tutub, buna görə də hələ İrlandiyanın daşınmaz əmlak reyestrində qeydiyyata alınmayıb.
19-cu əsrdə neo-qotik üslubda inşa edilmiş bu malikanə, Blekvoter çayının sahilində yerləşir. Zukerberq, qəsrlə yanaşı, təxminən 178 hektar ərazini əhatə edən torpaq sahəsini də alıb. Satış qiyməti rəsmi olaraq açıqlanmasa da, mülkün dəyərinin 20-30 milyon avro arasında olduğu təxmin edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı