25.11.2026 - 14:34
Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib
İqtisadiyyat 263 baxış

Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib

Baku.ws-ın məlumatına görə, Aqrar Sığorta Fondu (ASF) Hacıqabulda sel nəticəsində zərər görən bir fermerə 2 931 manat sığorta ödənişi edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Rayonun Rəncbər kəndində yerləşən fermer Rasim Allahverdiyevə məxsus arpa sahəsində sel-subasma hadisəsi baş verib. Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, fermerin güzəştli şərtlərlə sığortaladığı 5,11 hektar əkin sahəsinə hadisə nəticəsində 82 % zərər dəyib.

Fermerə ödənilən məbləğ zərərin dərəcəsi və azadolma məbləği nəzərə alınaraq 2 931 manat təşkil edib. Dövlətin dəstəyi ilə əkin sahəsinin hər hektarının sığortalanması fermerə 9,7 manata, ümumilikdə isə 49,6 manata başa gəlib.

Ümumilikdə Aqrar Sığorta Fondu Hacıqabuldakı fermerlərə və təsərrüfat sahiblərinə 725 190 manat sığorta ödənişi edib və bu məbləğ aybaay artır.

ASF bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır və fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 %-ni dövlət ödəyir. Fermerlərə bu güzəştli sığorta mexanizmindən yararlanmaq tövsiyə olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: