25.11.2026 - 15:14
Uğur Şahin və Özlem Türeci yeni şirkət qurur: "Arife"
Dünya 181 baxış

Uğur Şahin və Özlem Türeci yeni şirkət qurur: "Arife"

Covid-19 pandemiyası dövründə mRNA əsaslı vaksinləri ilə dünya miqyasında tanınan BioNTech şirkətinin qurucuları Uğur Şahin və Özlem Türeci yeni bir şirkət təsis edir. “Arife” adlanan bu yeni şirkət, xərçəngin müalicəsi və araşdırmalarına fokuslanacaq.

Minval.info xəbər verir ki, BioNTech-in baş icraçı direktoru Uğur Şahin və baş tibbi məsul şəxsi Özlem Türeci bu ilin sonunda şirkətdən ayrılacaqlarını əvvəlki açıqlamalarında bildirmişdilər. Financial Times qəzetinin məlumatına görə, 2008-ci ildə BioNTech-i Almaniyada quran cütlük, “Arife” üçün Avropalı risk kapitalı şirkəti Plural ilə 1 milyard dollar maliyyə dəstəyi üçün potensial investorlarla görüşlər keçirir.

Yeni “Arife” şirkəti, BioNTech-in Covid-19 vaksinlərinin arxasında duran mRNA texnologiyasından istifadə edərək, yeni xərçəng müalicələri inkişaf etdirməyə yönələcək. Bu addım, ABŞ-lı rəqib Moderna-nın əldə etdiyi önəmli klinik nəticələrdən sonra, fərdi xərçəng vaksinlərinin inkişafı yarışının sürətləndiyi bir dönəmə təsadüf edir.

“Arife”, BioNTech ilə eyni sahədə fəaliyyət göstərəcək, lakin mRNA texnologiyasının xərçəng müalicəsinə necə uyğunlaşdırıla biləcəyinə dair erkən mərhələ araşdırmalarına diqqət yetirəcək. BioNTech isə ümidverici dərman namizədlərini bazara təqdim etməyə fokuslanır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: