Çinlə rəqabət Avropa sənayesində milyonlarla iş yerini təhlükəyə atır
Avropanın sənaye sektoru, yüksək enerji və əməkhaqqı xərcləri ilə yanaşı, Çin istehsalçılarının güclü rəqabəti səbəbindən ciddi maliyyə sıxıntıları ilə üzləşir. Publika.az-ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti “McKinsey” konsaltinq şirkətinin 2026-cı il üçün hazırladığı proqnozlara istinadla xəbər verir.
Hesabata əsasən, Avropadakı istehsalçıların təxminən 50 faizi maliyyə çətinlikləri içərisindədir və ya böhran şəraitində fəaliyyət göstərir. Ötən il bu rəqəm 45 faiz idi, gələn il isə 42 faizə enməsi gözlənilir. Bu vəziyyət, təxminən 3,7 milyon iş yerini risk altına alır.
Araşdırma, illik gəliri 100 milyon avrodan çox olan avtomobil sənayesi, elektrik avadanlıqları, maşınqayırma və material istehsalı sahələrində fəaliyyət göstərən 1,2 minə yaxın dövlət və özəl müəssisəni əhatə edir.
İlkin nəticələr göstərir ki, bu müəssisələrin 42 faizi böhran vəziyyətindədir, 8 faizi ciddi maliyyə təzyiqi altındadır. Bununla yanaşı, müəssisələrin yarısı maliyyə baxımından dayanıqlı olaraq qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə 25 ildə dəmir yolu şəbəkəsini 30% genişləndirib
Azərbaycanda turist axınının azalmasının səbəbləri araşdırılır
Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib
Çinli avtomobil nəhəngi BYD Fransada istehsala başlayacaq
İspaniya iqtisadiyyatı sürətlə inkişaf edir, amma real maaşlar niyə azalır
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Sahibkarlara vergi güzəştləri gəlir - 2027-ci ildən tətbiq ediləcək